Azərbaycan və Türkiyə vətəndaşlarının Çindən təxliyəsinə başlanılır

2020-01-31 09:50:56 / 1340 dəfə oxunub

Türkiyə vətəndaşlarını Çinin Uhan vilayətindən təxliyə edən Türkiyə Hərbi Hava Qüvvələrinin A400M yük təyyarəsi Kayseri əyalətinin hərbi hava limanına enib.

Bu barədə Trend Türkiyə KİV-nə istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan vətəndaşları da Çindən təxliyə olunacaqlar.

Təxliyə Türkiyənin Səhiyyə Nazirliyinin planlaşdırdığı əməliyyat çərçivəsində aparılır. Təxliyə olunanlar Türkiyədə 14 gün müddətində karantində olacaqlar.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan dünən Türkiyə və Azərbaycan vətəndaşlarının Çindən təxliyə ediləcəyini bildirib.

"Səhiyyə naziri bildirib ki, bizdə hələ heç bir təhlükə yoxdur. Lakin Çində Azərbaycan vətəndaşları var. Onlar qayıtmaq istəyirlər. Tədbirlər görün və bizim azərbaycanlı qardaşlarımızın istəyini nəzərə alın. Onları Türkiyəyə gətirək”, - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, 2019-nCoV koronavirusu ötən ilin dekabrından yayılmağa başlayıb. Yoluxma halları artıq Cənubi Koreya, Yaponiya, Tailand, ABŞ, BƏƏ, Sinqapur, Honkonq, Avstraliya və digər ölkələrdə də qeydə alınıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!