Deputatlığa namizəd Nəsib Məhəməliyev Qaysa kəndində seçicilərlə görüş keçirdi

2020-01-31 14:58:50 / 1891 dəfə oxunub
30 yanvar 2020-ci ildə saat 11:00-da Yeni Azərbaycan Partiyasının 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizədi Nəsib Məhəməliyev Qaysa kəndindən olan seçicilərlə görüş keçirmişdir.

Tədbiri giriş sözü ilə açan YAP-ın rayon təşkilatının sədri Azad Balayev növbədənkənar parlament seçkilərinin keçirilməsinin mahiyyətini izah edərək rayon təşkilatının YAP-ın İdarə Heyətinin N.Məhəməliyevi 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyini irəli sürməsini böyük sevinclə qarşıladıqlarını bildirdi.

Çıxış edən deputatlığa namizəd Nəsib MəhəməliyevAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işləri əhaliyə çatdırdı.



Nəsib Məhəməliyev seçicilərlə görüş zamanı seçki platforması haqqında geniş məlumat verərək, qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səyhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğullu istiqamətində görəcəyi işlər barədə danışıb.

Çıxış edən kənd sakinlərindənMeysarat Qaysayeva, Muhuma Xoçberov, Musa Dibirov, Abdulla Xanayev, Zemfira Mustafayeva, Kərimət Məmmədova, Ramazan Abakərov, Bəşir Çopsiyev, Camaldin Kahayev və Rəfail Oynağanov çıxış edərək seçkidə fəallıq göstərəcəklərini və Nəsib müəllimə səs verəcəklərini dedilər.



Sonda Nəsib Məhəməliyev 9 fevral tarixində hamılıqla səsvermədə iştirak etməyin vacibliyini qeyd edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!