İsraildən koronavirusla bağlı vacib AÇIQLAMA

2020-02-01 10:12:34 / 1365 dəfə oxunub

Tibbi maskalarkoronavirusdan qorunmağa tam zəmanət vermir.

"RİA Novosti”nin məlumatına görə, bu barədə İsrailin Tel-a-Şomer klinik mərkəzinin infeksionistiVladislav Litaçevskibəyan edib.

Onun sözlərinə görə, tibbi maskalar yoluxma ehtimalını azaldır, ancaq 100 faiz zəmanət vermir:"Müdafiə bir sıra amillərdən asılıdır. Məsələn, materialın nə qədər məsaməli olması vacibdir. Bu, onun hansı zərrəcikləri buraxa biləcəyinə təsir göstərir”.

"Bizdə hələ nədən müdafiə olunmaq istədiyimizlə bağlı tam anlayış yoxdur”, - deyə Litaçevskibəyan edib.

İnfeksionist koronavirusdan müdafiə üçün bir sıra amilləri açıqlayıb. O, insanların kütləvi toplandığı yerlərdən çəkinməyi, Çinə səfərləri təxirə salmağı və heyvan bazarlarına getməməyi tövsiyə edib.

Həkim onu da bildirib ki, koronavirus tibb işçilərinə çoxdan məlumdur. Onun sözlərinə görə, yuxarı tənəffüs yollarının bütün virus infeksiyalarının on faizini məhz koronavirus təşkil edir:"Adətən, xəstəlik öz-özünə keçir. Lakin indi tibbi işçiləri əvvəllər məlum olmayan genetik fərqlilik müəyyən ediblər”.

Qeyd edək ki, son məlumatlara görə, Çində bu virusdan daha 45 nəfər həyatını itirib. Fevralın 1-nə olan məlumata görə, bütün dünyada yoluxanların sayı 11 mini keçib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!