Güclü külək 100-ə yaxın evi işıqsız və qazsız qoydu - VİDEO

2020-02-01 10:15:17 / 1238 dəfə oxunub

Gəncədə güclü külək bir sıra fəsadlara yol açıb.

Oxu.Azbildirir ki, gecə saatlarında başlayan təbii hadisə əhaliyə ciddi ziyan vurub. Belə ki, şəhərin "Azərtifak” adlanan yaşayış massivində iri gövdəli ağac aşıb. Nəticədə ərazidən keçən qaz və elektrik xətti sıradan çıxıb və təxminən 100-ə yaxın şəhər sakininə elektrik enerjisi və mavi yanacağın verilişində fasilələr yaranıb.

Hadisə yerinə Gəncə şəhər İcra Hakimiyyəti rəsmiləri, həmçinin digər aidiyyatı qurumların nümayəndələri gəlib. Aşan iri gövdəli ağac ərazidən götürülüb.

Lakin vətəndaşların elektrik enerjisi və mavi yanacaqla təminatı istiqamətində işlər aparılır. Qeyd edək ki, təbii hadisənin yaratdığı fəsadlar şəhərin müxtəlif yaşayış massivlərində də qeydə alınıb. Yaranmış problemlərin aradan qaldırılması yönümündə işlər aparılır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!