Pərvin Kərimzadə gəncəlilərlə görüşdə səmimiyyətin və dəstəyin bir daha şahidi oldu - VİDEO

2020-02-01 13:02:21 / 1502 dəfə oxunub

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Pərvin Kərimzadənin seçicilərlə görüşləri uğurla davam edir.

Sabahinfo.az xəbər verir ki, növbəti görüş Gəncənin Bala Bağbanlar adlanan ərazidə və Yeni Gəncə qəsəbəsində olub.

Seçiçilərin qapılarını döyərək, onların arzu və istəklərini öyrənən, təkliflərini dinləyən Pərvin Kərimzadə Gəncə sakinlərinin səmimiyyətinin, isti münasibətinin, qonaqpərvərliyinin bir daha şahidi olub.

Bala Bağmanda seçicilərlə görüş zamanı deputatlığa namizəd ötən əsrin 70-80-ci illərdə Gəncə şəhərinin tarixi-mədəni abidələrinin bərpasında iştirak edən Kamil Rzayevin qonağı olub. Maraqlı keçən söhbət zamanı Pərvin Kərimzadə mədəni abidələrin bərpasını əks etdirən tarixi şəkillərlə tanış olub.

Səmimi keçən görüşlərdə seçicilər ailə üzvləri ilə birlikdə seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədi Pərvin Kərimzadəyə yenidən Milli Məclisdə onları təmsil etməsi üçün dəstəkləyəcəklərini qeyd ediblər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!