Aqiyə Naxçıvanlı seçiciləri ilə görüşdü - FOTOLAR

2020-02-01 15:59:45 / 1879 dəfə oxunub
117 saylı Oğuz-Qəbələ dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı Qəbələnin Mıxlıqovaq, Kötüklü, Solquca və Dandıx kəndlərində seçiciləri ilə görüşdü.

Görüşdə Aqiyə xanım çıxış edərək Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verdi. Dövlət başçısının rəhbərliyi ilə ölkənin hər yerində olduğu kimi Qəbələdə də aparılan abadlıq, quruculuq işlərindən, şəhid ailələrinə, müharibə veteranlarına və ümumilikdə vətəndaşlara göstərilən qayğıdan danışdı. Seçicilər adından çıxış edən Cəmaləddin Səmədov, Orxan Rəsulov, Mirağa Cəlilov və digər sakinlər bütün bunlar üçün dövlət başçısına, onun xanımı Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər. İndiyədək deputatlığı dövründə Aqiyə xanıma da onların müraciətlərini cavabsız qoymadığına görə təşəkkür etdilər.



Görüşün sonunda seçicilərin problemləri ilə maraqlanan deputatlığa namizəd qeydlər apardı və onların həlli istiqamətində müvafiq qurumlara məlumat verəcəyini qeyd etdi.



Seçicilər yekdilliklə fervralın 9-da keçiriləcək seçkilərdə fəal olacaqlarını bildirdilər.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!