Qüdrət Həsənquliyev seçicilərlə növbəti məhəllə görüşünü keçirib

2020-02-01 16:03:31 / 1678 dəfə oxunub
 Bu gün 36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Xətai rayonu, Firuz Qəmbərov 3 ünvanındakı binada yaşayan seçicilərlə onların öz təşəbbüsü ilə görüş keçirib. 

Havanın soyuq və yağışlı olmasına baxmayaraq, seçicilər görüşün keçirilməsində israrlı olduqlarını bildiriblər. Görüşdə çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev seçicilərə seçki platformasının əsas istiqamətləri haqqında məlumat verib, ona etimad göstəriləcəyi təqdirdə görəcəyi işlərdən danışıb. Görüşdə çıxış edən seçicilər Qüdrət Həsənquliyevin fəaliyyəti ilə yaxından tanış olduqlarını və onu dəstəklərdiklərini bildiriblər. 

Görüşün sonunda BAXCP sədri seçicilərin suallarını cavablandırıb.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!