MSK-dan hərbçilər qarşısında təşviqat aparan namizədlərə XƏBƏRDARLIQ

2020-02-01 16:15:15 / 1236 dəfə oxunub

Mərkəzi Seçki Komissiyası(MSK) hərbçilər qarşısında təşviqat aparan zaman qanunun tələblərini pozan deputatlığa namizədlərə xəbərdarlıq edib.

Modern.azxəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul olunub.

MSK üzvüTofiq Həsənovbildirib ki, bəzi namizədlər hərbçilər qarşısında təşviqat kampaniyası aparan zaman tələbləri pozurlar.

Onun sözlərinə görə, namizəd hərbi hissədə seçicilər qarşısında görüş keçirmək istəyəndə həmin hərbi hissənin komandiri bu barədə dairə seçki komissiyasına məlumat verməlidir: "Amma buna baxmayaraq, bəzi namizədlər bu tələbləri pozur. Hansısa namizədin təşəbbüsü ilə hərbi hissələrdə seçicilər qarşısında seçkiqabağı təşviqat kampaniyası aparmaqla bağlı hərbi hissəyə müraciət ediləndə həmin hərbi hissənin komandiri bununla bağlı dairə seçki komissiyasına məlumat verməlidir. Bundan sonra DSK sədri digər namizədlərə də məlumat verməlidir. Əgər bu tələb yerinə yetirilmirsə, seçki subyekti haqqında müvafiq tədbir görülməsi tələbi yaranır”.

İclasda müzakirələrdən sonra bununla bağlı namizədlərə xəbərdarlıq edilməsi barədə qərar qəbul edilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!