Ülvi Quliyev Yasamal Ağsaqqallar Şurasının sədrini evində ziyarət etdi - FOTOLAR

2020-02-03 09:01:12 / 1377 dəfə oxunub

15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev bu gün rayonun Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanovu evində ziyarət edib.

Sabahinfo.az xəbər verir ki, görüşdə ağsaqqalın ailə üzvləri, tanınmış ziyalılar iştirak ediblər.

Böyüklərə diqqət və sayğı ilə yanaşan Ülvi Quliyev hər zaman onların nəsihətlərinə, xeyir-dualarına ehtiyac duyduğunu bildirib.



Yasamal rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov isə Ülvi Quliyevi illər öncədən dövlətinə bağlı, insanlara dəstək olan bir şəxs kimi tanıdığını vurğulayaraq bütün ağsaqqalların, ziyalıların ona səs verəcəyini söyləyib.

Çıxış edən digər ağsaqqallar birmənalı olaraq Ülvi Quliyevin yanında olduqlarını, məhz 9 fevral səsvermə günü rayonun alternativsiz namizədi olaraq ona səs verəcəklərini deyiblər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!