Həyat yoldaşı və uşağı xəstə olan imkansız ailə, İqbal Məmmədova müraciət etdi, problemi yerindəcə həll olundu - FOTOLAR

2020-02-03 10:03:44 / 1359 dəfə oxunub

Lerik rayon sakini, Xəzər rayonunun Binə qəsəbəsi, Atçılıq sahəsində kirayədə yaşayan,həyat yoldaşı və uşağı xəstə olan imkansız ailə, Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən yeganə namizədi İqbal Məmmədova müraciət etdi, problemi yerindəcə həll olundu.

Sabahinfo.az xəbər verir ki, Lerik rayonundan ehtiyac üzündən Bakı şəhərinin Binə qəsəbəsinə ailə üzvləri ilə köçüsb kirayədə yaşayan 5 nəfərdən ibarət ailə, hakim partiyanın namizədi İqbal Məmmədova sosial şəbəkə vasitəsilə müraciət edib.

İqbal Məmmədov həmin ailə ilə şəxsən əlaqə saxladıqdan sonra, dərhal köməkçisini Bakı şəhərinə, ehtiyacı olan ailəyə baş çəkmək üçün göndərib.



Bu gün deputatlığa namizəd İqbal Məmmədovun köməkçisi Nəriman Nərimanlıhəmin ailəyə baş çəkdi. Ailənin yaşayış şəraiti ilə yaxından tanış olan Nəriman Nərimanlı, İqbal Məmmədovun ailəyə yaxından köməklik göstərəcəyini diqqətə çatdırıb.


Görüş əsnasındaNəriman Nərimanlıonu da qeyd edib ki, "İqbal Məmmədovun problemi olan ailələrdən məlumatı olduğu halda lazım olan tədbirləri görür. Bu ailəyə də Qanun çərçivəsində lazım olan bütün köməkliklər göstəriləcək".


Ehtiyacı olan ailə İqbal Məmmədova ilk dəfə müraciət etdiyini bildirərək, dərhal onunla əlaqə saxladığına və şəraiti ilə maraqlandığına görə ailə üzvləri adından minnətdarlığını ifadə etdi.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!