Novruz Aslanov İsmayıllı şəhərində seçicilərlə görüşüb - FOTOLAR

2020-02-03 10:05:47 / 1361 dəfə oxunub

Novruz Aslanov seçkiqabağı təşviqat kampaniyasını İsmayıllı şəhərində davam etdirir. Məlumat üçün bildirək ki, İsmayıllı şəhərində seçicilərlə görüşlərin qapalı məkanlarda keçirilməsi nəzərdə tutulub. İsmayıllı şəhərinin ayrı-ayrı məhəllələrində təşkil olunan təşviqat tədbirləri fevralın 1-də Yuxarıbaş adlandırılan məhəllədə davam etdirilib. Görüşə gələn seçicilər Novruz Aslanovu salamlayaraq, dəvətə görə namizədə öz təşəkkürlərini bildiriblər.



Sabahinfo.az xəbər verir ki, Novruz Aslanov ölkədə bütün sahələrdə aparılan islahatlardan, o cümlədən kadr islahatlarının zərurətdən irəli gələn məsələ olduğunu diqqətə çatdırdı. Milli Məclisin də bu islahatlara dəstək verərək buraxılmasını və yenidən xalqa seçim etmələri üçün şəraitin yaradılmasını islahatların tərkib hissəsi olduğunu vurğuladı. Bu seçimdə xalqın etimadını qazanan parlament üzvünün daha təkmil, çevik və günün tələblərinə uyğun qanunların yaradılmasına töhfə verəcəklərinə, həmçinin seçicilərinin problemlərinin həllinə çalışacaqlarına ümid etdiyini bildirdi.


Sonda Novruz Aslanov görüşə babası ilə gələn Fərid adlı yeniyetməyə "gələcəyin deputatı” kimi müraciət edərək, bir daha bu azad ölkənin gələcək inkişafında gənclərin böyük rolunun olduğunu önə çəkdi. Həmin yeniyetmələr gələcəkdə millət vəkilləri və digər məsul vəzifə sahibləri kimi ölkənin daha da inkişafına töhfə verəcəklərinə əmin olduğunu xüsusilə vurğuladı.


Çıxış edən sakinlər Novruz Aslanovun deputatlıq fəaliyyətini yüksək qiymətləndirdilər və bu seşkilərdə ona uğurlar arzuladılar.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!