“Sizə yalvarıram, uşaqlarınızın təhsilinə biganə olmayın”

2020-02-03 18:44:29 / 3757 dəfə oxunub

70 saylı seçki dairəsindən Milli Məclisə millət vəkilliyinə namizədliyi irəli sürülən Məşhur Məmmədovla müsahibə.


1-ci hissə

Həyat yoluna qısa nəzər

Masallı rayonunun 1-ci Yeddioymaq kəndində anadan olub, 8-ci sinfə qədər kənd məktəbində, 9-10- sinifləri isə Bakıdakı 5 saylı kimya-biologiya təmayüllü məktəbində oxuyub. Daha sonra Azərbaycan Dövlət Neft və Kimya institutunda təhsil alıb. Təhsil aldığı müddətdə ovaxtkiqaydalara uyğun olaraqhərbi xidmətə gedib, Rusiyanın Kirov vilayətində əsgərlik borcumu yerinə yetirib, daha sonra təhsilini davam etdirib. Ali təhsildən sonra da 3 aylıq hərbi kurs keçib leytenant rütbəsi alıb. Həmin dövr üçün asan olmasa da, ali təhsildən sonra özəl sektora təyinat alıb, 90-cı ildənrayonumuzdakı"Xarrat”kooperativində çalışmağa başlayıb. Ailəlidir. 2 oğlu, 2 qızı, 3 nəvəsi var.



Həyat yolunuzdaən uğurluməqamlar?

Mənim ən böyük uğurum, həyat yolumda qismətimdə olduqca əhəmiyyətli rol oynamış müəllimlərin olmasıdır. Öncə kimya-biologiya müəllimimXanoğlan Əhmədovunadını çəkmək istəyirəm. Xanoğlan müəllim, bizim kənddə yaşasa da, mənim oxuduğum məktəbdə dərs demirdi. Lakin o, təmənnasız olaraq nəinki işlədiyiməktəbdə, eləcə də ətraf kəndlərdə nə qədər bacarıqlı şagird var idisə, onları bir araya gətirir, təmənnasız olaraq 50-yə yaxın şagirdə dərs keçirdi. Həm də ancaq dərs keçmir, hər uşağın potensialını, nəyə qadir olduğunumüəyyənləşdirir, onlarınsabahkıhəyat yolu üçün kompas kimi konkret istiqamət göstərirdi ki, sən bu sahədə daha istedadlısan, sən bu yolla getsən, bu peşəni seçsən, daha çox uğur qazanarsan.Məhz buna görə Xanoğlan müəllim mənim üçünunudulmazdır. Qismətimə belə müəllim çıxmasını uğur sayıram. Ali məktəbdə də dəyərli alimimizAzad Mirzəcanzadəninşəxsi nümunəsi, saflığı, həyat haqqında, dünya haqqında olduqca aydın, fərqli baxışları bir nümunə idi. Düzünə qalsa, mən elmlə məşğul olmaz istəyirdim. Eləcə də sahibkarlıqla məşğul olmağameyilliidim. O, mənimlə bir neçə dəfə söhbət etdikdənsonra dedi ki, sən, elm sahəsindən çox, istehsal meydanında daha böyük uğur qazana bilərsən. Mən belə də etdim.

Bu siyahıya dəyərli dostlarımı da əlavə edərdim. Əslinə qalanda mən sahib olduğum əmlaklardan daha çox, həmin dostlara dəyir verirəm. Hansı ki, onlar dünyanın ən aparıcı ölkələrində təkcə biznesləri ilə yox, həm də güclü iqtisadiyyat yaratmaq sahəsində sözünü demişlər. Minlərə, yüz minlərə nümunə olan bir həyat yaşamış bu İnsanların dostlarım sırasında olmasını da həyatda böyük uğurum sayıram.

-Adətən işadamlarındansöz düşəndə"4-5mərtəbəli”,biraz dalətifəvaribirsual verirlər.Soruşurlarki, bu təyyarəni hansı pullaalmısan? Deyir,10mersedesim vardı, satıb bunualdım. Deyirlər,bəs həminmersedeslərihansı pullaalmışdın? Deyir,filan qədərJiqulimaşınım var idi, onları satıb almışdım. Qısası, iş adamını suallarla qovub,axır gəlib velosipeddə dayanırlar. Yəni, bəs

oqədər velosipedi necəalmışdın? Deyir, bax, onu açıqlayabilməyəcəm. Yəni, bu baxımdan siz ilk biznesinizihansı maliyyənin üzərində qurdunuz?


-Düzünə qalsa, mən biznes fəaliyyətimdəki bugünkiuğurlarımdan daha çox, bu sahədəilk addımlarımla qürur duyuram.Mənim biznesdə ilk müəllimim də, maliyyə dayağım da atam olub.Rusiyadan taxta gətirirdik. Sonra, 90-cı illərdə Seybətində 200kv.metrlik bir mebel mağazası açdım. Daha sonra keçmiş"raykoo ittifaqın”həyətində 300kv.myer götürdük. Həm istehsalla, həm satışla məşğul oldum. Mebel istehsalı sahəsində ölkədə böyük boşluqvar idi. Demək olar ki, ölkəyə keyfiyyətli mebelin əksər hissəsi xaricdən gəlirdi. İndi ölkəmizdə 150-də artıq yerdə satış mərkəzimiz, digər mebel sənayeçiləri ilə birgə minlərlə mebel istehsal edən fabriklər və sexlər var. Yəni, mebel alan ölkədən, mebel satan ölkəyə çevrilmişik.

-Biznesmen Məşhurla millət vəkili Məşhur arasında hansı fərq olacaq? Bir də elə bu sualın davamı kimi, siz niyə 5-10 il öncə yox, məhz indi, 56 yaşınızda millət vəkili olmağa qərar verdiniz?

-Bir az obrazlı səslənsə də,İş adamı həm siyasətçidir, həm müəllimdir, həm iqtisadçıdır, həm də valideyindir. Bu sahələri bilməyən iş adamı çətin ki, həyatda uğur qazansın. O, unutmasın ki, müəyyən mərhələyə qədərişadamıdır. Sonraisəcəmiyyətindaha aktiv birkəsiminə çevrilir.Əgər iş adamı bu çərçivədənçıxa bilmirsə, yaxşı, güclü, uğurlu iş adamı ola bilməz.

- Tez-tez belə fikirlərlə də rastlaşırıq ki, iş adamları ona görə Milli Məclisə can atırlar, orada özlərinə sərfəli qanunların qəbuluna, yaxud sərvətlərinin daha etibarlı qorunmasınanail olsunlar.


-Birinci sizə onu deyim, təəssüf edirəm ki, Azərbaycanda belə fikir formalaşıb. Dünyada isə bu məqama baxış başqadır. İnsan təxminən, 5 il iş adamı olur. Daha sonra o, dünyada gedən proseslərdən geri qalırsa, yeni texnologiyaları, yeni iş formalarını mənimsəmirsə, fərqli düşüncəyə yer vermirsə, ətrafında baş verənləri zərgər dəqiqliyi ilə araşdırmırsa , fərdi biznes çərçivəsindən çıxıb ictimai fiqura çevriləbilmirsə, bu sahibkar, məncə, böyük uğurlara imza ata bilməz.

İnsan harada çox xeyir verə bilirsə, harada güclüdürsə, ora can atmalı, orda da olmalıdır.

Bu gün hər ölkənin idarəolunmasındaən mühümhəlqələrindən, daha doğrusu hakimiyyətin 3 qolundan biri Milli Məclisdir. Bu Məclis cəmiyyətimizin, dövlətimizinqüvvətlənməsinəkömək etməlidir.İş adam Milli Məclisə gələndə artıq o, iş adamı olmur. Fərdi sahibkarlıqdan çıxıb, meydana ölkə miqyaslı bir iqtisadçı, daha güclü bir fiqur kimi gəlir. Çünkihədəflədiyimizbütün qanunlar iqtisadiyyatla bağlıdır. Bu gün təhsilin, səhiyyənin, mədəniyyətin... güclü inkişaf etməsində də güclü iqtisadiyyat dayanır. Ona görə, çox işlək qanunlarımız olmalıdır.Dünyanın hər yerində olduğu kimi bizim Milli Məclisin kürsülərində həyatda da, istehsalatda da öz sözünü demiş iqtisadçılara, sənayeçilərə geniş meydanverilməlidir.

Bu günniyə sahibkarlıqla biznes arasında seçim etdiniz?

Artıq 56 yaşım var. Biznes sahəsində mümkün olanların demək olar ki, əksəriyyətini əldə etmişəm. Artıq bizneslə məşğulolmayacağam.

4 ildən də artıqdır ki,Embawoodunidarəçiliyindənkənarlaşmışam. Artıq qurduğum biznes fəaliyyətimi övladlarım davam etdirəcək. Buna görə, biznesimi onlara etibar etməkdə heç bir nigarançılıq yoxdur.

Qaldı ki, sualın digər hissəsinə. Mən 5-10 il öncə özümü deputat kimi görmürdüm. Amma indi görürəm. Bir qədəryaşlaşmışam, daha çox təcrübə qazanmışam, indi daha səbirli, daha təmkinliyəm və ona gərə də bu mübarizəyə qoşulmuşam.Seçicilərimmənə səs verərlərsə, mən onların arzuladığı, daim verdiyi vədlərə sadiq qalan bir deputat olacağam.

Belə söhbətlər də dolaşır ki, deputatlıq öz təşəbbüsünüzlə olmayıb, sizi bu mübarizəyə dəvət ediblər

2002-ci ildən YAP-ınüzvüyəm.YAP-ınMasallı Rayon Şurasında da təmsil olunuram.Bu qərar partiya tərəfindən qəbul olunub. Nəinki mənə, rayonumuza bir etimaddır. Mən də ürəkdən bu təklifə qoşulmuşam. Buna görə YAP-ınsədri olanprezidentimiz İlham Əliyev cənablarına minnətdaram.

Bu gün biznes sahəsində kimləri özünüzə rəqib sayırsınız?

-Bu gün Azərbaycanda qeyri-neft sektorunda böyük rəqabət var. Həmin qeyri-neft sektorunun da əsas hissəsini, təxminən 30 faizini mebel sənayesi təşkil edir. Ölkədə bizimlə yanaşı Həsənoğlu, Saloğlu, Damla və digər mebel sənayeçiləri də var.

Eləcə də cənub bölgəsində tərəfdaş şirkətlərimiz var. Bu sahənin inkişafı hamımız üçün maraqlı olmalıdır. Ölkədə 200-ə yaxın mebel şirkəti, 4 minə yaxın mebel istehsalçısı var. Mən, Azərbaycan Mebel İstehsalçılar Assosiasiyasının sədri kimi ölkədə mebel istehsalının daha güclü inkişafında çox maraqlıyam.


-Seçicilərləəksərçıxışlarınızınana xəttini təhsilin, xüsusən qızların təhsilininyüksəldiməsitəşkil edir. Həm də elan etmişiniz ki, bununla bağlı xüsusi Fondyaradacaqsınız?

-Bəli, elədir. Biz bu sahədə vəd vermək yox, iş görmək istəyirik.Məqsədimi fərdə yox, ümumən Masallıya kömək etməkdir.Təhsilə kömək etmək əslində hər sahəyə kömək etməkdir. Hər il pensiya yaşına görə, onlarla təcrübəli müəllim, eləcə də həkim iş yerini tərk edir. Onları layiqlilər əvəz etməlidir. Fondla bağlı artıq əməli addımlar atırıq.Həmin Fondun qeydiyyat məsələsi həll olunmaq üzrədir. Əsas hədəfimiz 350-dən artıq bal toplamış, pedaqoji sahə üzrə ixtisas seçmişqızlara yardımçıolmaqdır. Əgər həmin qız ödənişli məktəbə düşübsə onun təhsil xərcini, yox, ödənişsizə düşübsə təqaüdünü biz ödəyəcəyik. Bu, ancaq pedaqoji universitetlərdə müəllimlik ixtisasını seçənlərə aid ediləcək. Çünki bizdə ciddi müəllim çatışmazlığı var.
-Bəs digər ixtisasları seçənlər?
-İlkin mərhələ təxminə 200 tələbəni əhatə edəcək. Bu dörd ildə 800, daha sonralar 1000-ə yaxın tələbəyə şamil

ediləcək. Maliyyə imkanlarımız çoxaldıqca, biz texniki və digər humanitar ixtisaslar üzrə təhsil alanlara da yardımçı olmağa çalışacağıq.

Təhsil deyəndə uşaq bağçalarını daunutmamalıyıq. Elə sizin dəaraşdırmanızadanbəlli olub ki, bizdə 10-dan artıq bağça binası yararsız hala düşüb, ya da bağlanıb. Hansı ki həminuşaq bağçaları 1000-dən artıq uşaq üçün təhsil, tərbiyə, 100-dən artıq qadın üçün iş yeridir.

-Bəzi rayonlarda qız tələbələr üçün ev kirayələnir, 600-dən artıqbaltoplayanlaraxüsusi təqaüdlər ayrılır

-Biz həmin istiqamətdə bu vaxta qədər də işlər görmüşük, yardımlar etmişik. Digər variantlar da müzakirə olunacaq. Vəziyyətə görə qərar veriləcək.

-Maliyyə mənbələriniz dəqiqləşibmi?
-Bəli. Bu gün nəinki Azərbaycanda, dünyada çox güclü masallılı iş, elm adamları, yüksək dövlət qulluğunda çalışanlar var. Onların əksəriyyəti bizə dəstək verməyə hazırdır.Masallılar doğma yurda çox bağlıdır. Bizdə"atayurdu”deyilən bir deyim var. Nə qədərkənarda olsaq da, hətta ölümüzü də kənardabasdırmırıq. Müraciət etdiyimiz masallıların ən azı 95 faizi bizimlə birgə çalışmağa hazırdır.
-Bəs aşkarlıq necə təmin olunacaq?
-Hər şey çox şəffaf olacaq. Yəni, nağd hesablaşma olmayacaq.Toplanan pul təhsil xərci kimi ali məktəbin hesabına, təqaüd kimi tələbənin kartına köçəcək. Hər ay daxil olan və xərclənən pullar barədə hesabat veriləcək.

Onu da qeyd edim ki, bütün bu işlərdə baş hədəfimiz odur ki, qızlarımız, gələcək analarımız təhsilli olsun. Gələcək nəslin inkişafıtəhsilsiz, xüsusən,qızların təhsiliolmadanmümkünsüzdür.Ana ən azından orta təhsilliolmayacaqsa, müəllim ilk illərdən şagirdin maraqlarını müəyyən edəbilməyəcəksə,onun uğurlu gələcəyinihədəfləyəbilməyəcəkəyik. Birmənalı başa düşməliyik ki, qadın güclüdürsə, ailə də güclü olacaq.Sizə yalvarıram,

uşaqlarınızın, xüsusənqızlarımızıtaleyinə, təhsilinə biganə qalmayın.

-Masallıda uzun illərdən sonra bir regional kollec yaranıb. Lakin orada ciddi problemlər yaşanır.
-Bu problemlərbizə bəllidir. Amma biz bu kollecin təkcə maddi problemində maraqlı deyilik. Biz istəyirik ki, bu kollecin maddi çətinlikləri ilə yanaşıpeşəkar pedaqoji qrupyaradılmasına, Masallıya lazımlı olan digər ixtisaslarüzrə kadrlarhazırlanmasına, eləcə də yataqxana, müasir tədris korpusları və digər məsələlərinhəllinəkompleks yanaşaq və yanaşacağıqda, yardımçı da olacağıq. Elə siz də dəfələrlə təklifedirsiniz ki, niyəMasallıda Universitet yoxdur. Biz güclü, çox yüksək kadr potensialı olan bir kollec yaratmalıyıq ki, onun da bazasında universitet, digər kolleclər aça bilək.
-Təhsildən kifayət qədər söz açdıq. Bəs digər sahələr?
-Bütün sahələr diqqətimdədir. Lakin vaxt, zaman məsələsi var.Məsələn, idman sahəsində ona nail olmağa çalışırıq ki, azı hər kəndin bir idman meydançası olsun.Məktəbdəki idman zalları, kompüter otaqları, kitabxanalarişlək olsun. Bütün hallarda isə uşaqları evdən çöləçıxartmalıyıqvə bayırda onun marağınauyğun məkanlaryaratmalıyıq.
-Bizailəlikcətoyu olan azyaşlıdırsa, həmin toya getmirik

(ardı var)



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!