Novruz Aslanovun İsmayıllı rayon mərkəzində görüşləri davam edir - FOTOLAR

2020-02-04 10:34:47 / 1710 dəfə oxunub

86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanov İsmayıllı şəhərinin ayrı-ayrı məhəllələrində seçiciləri ilə görüşləri davam edir.

Məlumat üçün bildirək ki, seçki qabağı təşviqat kampaniyası 62 kəndi əhatə edib. Bu günə kimi Novruz Aslanov 6500 seçicisi ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, fevralın 3-də belə görüşlərdən ikisi baş tutub. Birinci görüş İsmayıllı rayonunda çalışan ekoloqlar və meşə təsərrüfatının əməkdaşları ilə keçirilib. İkinci görüş Aşağıbaş ərazisində yaşayan seçicilərlə olub.


Hər iki görüşdə seçiciləri ilə səmimi ünsiyyət quran Novruz Aslanov öncə bu görüşə gəldiklərinə görə sakinlərə öz təşəkkürünü bildirib. Çıxışında deputatlıq fəaliyyəti barədə seçicilərə geniş məlumatlar verib. İsmayıllı rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinin davamlılığından, kəndlərin yollarının asfaltlanmasından, qazlaşdırılma tədbirlərindən, enerji, su problemlərinin həllindən söhbət açıb. Bu layihələrin icrasının müvafiq dövlət proqramları çərçivəsində baş tutduğunu və dövlət başçısının nəzarətində olduğunu diqqətə çatdırıb.


Respublikanın bütün sahələrini əhatə edən islahatlardan söhbət açan namizəd, burada əsas məqsədin vətəndaşların rifahının yüksəldilməsi, məşğulluq proqramlarının daha da genişləndirilməsi, sosial təminatın gücləndirilməsi və digər zəruri layihələrin icrasının olunduğunu bildirib.

Növbəti günlərdə də görüşlər davam edəcək.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!