Vladimir Putin Polad Bülbüloğlunu təbrik etdi

2020-02-04 11:39:49 / 1362 dəfə oxunub

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri, bəstəkar,müğənni Polad Bülbüloğlunu 75 illik yübileyimünasibəti ilə təbrik edib.

TASS-ın xəbərinə görə, bu barədə Kremlin saytında təbrik teleqramı yayımlanıb.

"75 illikyubileyinizmünasibəti ilə ən səmimi təbriklərimi qəbul edin. İllərdir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin və səmərəli əməkdaşlığın inkişafına çox böyük töhfələr vermisiniz. Əlbəttə ki, Rusiyada sizin bir bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınızyüksək qiymətləndirilir, ilhamverici yaradıcılığınıza dərin sevgi bəslənilir”, - deyə Rusiya dövlət başçısının təbrikində ​​qeyd olunur.

Vladimir Putin Polad Bülbüloğluna cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!