Xidmətdə olan polisi vurub öldürən sürücünün kimliyi bilindi

2020-02-04 11:26:00 / 3098 dəfə oxunub

Bakıda dünən xidmətdə olarkən avtomobillə vurularaq öldürülən polis əməkdaşının kimliyi bəlli olub.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, fevralın 3-ü saat 08 radələrində Mərdəna qəsəbəsi istiqamətində hərəkətdə olan 1957-ci il təvəllüdlü Firudin Ömərov idarə etdiyi "Toyota Land Cruzer” markalı 90 GZ 552 nömrəli avtomobillə yolun kənarında səkidə duran Çevik Polis Alayının serjantı Natiq Məhərrəmovu vurub.

Nəticədə, N.Məhərəmmov hadisə yerində vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!