Pərvin Kərimzadənin növbəti görüşü Yeni Gəncə qəsəbəsində və Totanlı küçəsində olub

2020-02-05 17:17:11 / 1478 dəfə oxunub

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputalığa namizədi Pərvin Kərimzadənin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü şəhərin Yeni Gəncə qəsəbəsində və Totanlı küçəsində olub.

Sabahinfo.az-ın məlumatına görə, seçicilərlə keçirdiyi hər bir görüşdə Pərvin Kərimzadə Yeni Azərbaycan partiyasının ölkənin ictimai- siyasi həyatındakı uğurlarından danışıb, partiyanın irəli sürdüyü seçki platformasında vətəndaşların maddi-rifah halının yaxşılaşdırılmasının əsas götürüldüyünü diqqətə çatdırıb. Pərvin Kərimzadə seçiciləri "Daha güclü Azərbaycan naminə !” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Seçicilər Pərvin Kərimzadənin millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirib, ölkədə həyata keçirilən islahatların fəal təbliğatçısı olduğunu diqqətə çatdırıb, fevralın 9-da məmnuniyyətlə seçki məntəqələrinə gedəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədi Pərvin Kərimzadəyə səs verəcəklərini dilə gətiriblər.

Seçici fəallığı ilə keçən görüşlərdə sakinlərin sualları cavablandırılıb,təklif və problemlərinin qeydiyyatı aparılıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!