Deputatlığa namizəd Nəsib Məhəməliyev Gənclərlə görüş keçirdi

2020-02-04 20:50:11 / 2403 dəfə oxunub
109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd Nəsib Məhəməliyev fevralın 4-də YAP Balakən rayon təşkilatında 109 saylı dairə üzrə ilk dəfə səs verəcək və ali təhsil müəssəsində təhsil alan gənclərlə görüş keçirdi.

Tədbiri giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev gəncləri 2 fevral "Gənclər günü" münasibəti ilə bağlı təbrik etdi. Gəncliyin inkişaf və müasirlik olduğunu bildirən Azad Balayev daha sonra növbədənkənar parlament seçkilərindən, bu prossesə vadar edən amillərdən danışdı.



Azad müəllim qeyd etdi ki, çox sevindirici haldır ki, YAP tərəfindən yenidən 109 saylı Balakən seçki dairəsindən Nəsib Məhəməliyevin namizədliyini irəli sürülmüşdür.

Nəsib Məhəməliyevin həyat və fəaliyyəti barədə gənc nəsli məlumatlandıran iqdidar partiyasının rayon təşkilatının sədri daha sonra çıxış üçün sözü deputatlığa namizədə verdi.

Çıxışına gəncləri təbrik edərək başlayan Nəsib Məhəməliyev gənclərə ölkəmizdə son dövrlər həyata keçirilən islahatlardan, Azərbaycanın beynalxalq siyasətindən danışdı, həmçinin onlara öz məsləhət və tövsiyyələrini verdi.



Çıxış edən gənclər isə dəyərli məsləhətlə üçün Nəsib müəllimə təşəkkür edərək sosial şəbəkələr vasitəsi ilə onun fəaliyyətini izlədiklərini, seçkilərdə yekdilliklə YAP-ın namizədini dəstəkləyəcəklərini bildirdilər.

Daha sonra deputatlığa namizəd Nəsib Məhəməliyev və YAP-ın rayon təşkilatının sədri Azad Balayev Yeni Azərbaycan Partiyasına yeni üzv olan gənclərə partiya vəsiqqələrini təqdim etdilər.



Tədbir Nəsib Məhəməliyevin yekun nitqi ilə sona çatdı. Deputatlığa namizəd hər bir gəncə gələcək həyat və fəaliyyətində bol uğurlar arzu edərək hər zaman onların yanında olduğunu bildirdi.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!