Oraban və Baş Kəldək sakinlərindən Cavanşir Feyziyevə dəstək - FOTOLAR

2020-02-04 12:00:30 / 1198 dəfə oxunub

115 saylı Şəki seçki dairəsindəndeputatlığa namizəd Cavanşir Feyziyev növbəti görüşlərini Oraban və Baş Kəldək kəndlərində keçirib.

Sabahinfo.az xəbər verir ki, deputatlığa namizədin səlahiyyətli nümayəndəsi, əməkdar jurnalist Akif Salam keçən 4 il ərzində deputatın fəaliyyəti haqqında seçicilərə məlumat verib.

Daha sonra çıxış edən kənd sakinləri son 9 il ərzində istənilən vaxt Cavanşir Feyziyevlə sıx-sıx görüşdüklərini, elektron poçt və ya telefon zəngi vasitəsilə çox asanlıqla əlaqə saxladıqlarını və qaldırdıqları məsələlərin həlli ilə bağlı hər zaman deputatdan dəstək aldıqlarını bildiriblər.


Onlar həmçinin pay torpaqlarının becərilməsi ilə bağlı rastlaşdıqları çətinliklər haqqında deputata məlumat veriblər və müvafiq kömək göstərilməsini xahiş ediblər.

Deputatlığa namizəd Cavanşir Feyziyev ölkədə aparılan islahatlardan, vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəlməsindən, icbari tibbi sığortanın Şəkidə tətbiqinə başlanılmasından, xüsusilə aqrar sahədə fermerlərə göstərilən dövlət dəstəyindən geniş söz açıb.

O, eləcə də dünyada ölkəmizin nüfuzunun yüksəlməsindən danışaraq sakinləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə çağırdı.


Cavanşir Feyziyevi böyük coşqu ilə qarşılayan kənd sakinləri keçən 9 il ərzində onun fəaliyyətindən razı qaldıqlarını və qarşıdan gələn seçkilərdə də bir daha onun namizədliyini dəstəkləyəcəklərini bildirdilər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!