Çavuşoğlu: İlham Əliyevdən bu mükafatı almaq...

2020-02-06 15:37:44 / 1271 dəfə oxunub

Ötən gün cənab Prezident İlham Əliyev məni qəbul etdi və sonda xoş sürpriz edərək, mənə "Dostluq” ordeni verdi. Azərbaycan Prezidenti tərəfindən mükafatlandırılmaq olduqca böyük şərəfdir.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin Bakıda keçirilən növbədənkənar iclası çərçivəsində keçirdiyi mətbuat konfransı zamanı bildirib.

"Mən siyasətdə olduğum müddətdə və ondan sonra da Azərbaycanın mövqeyini müdafiə etməyə davam edəcəyəm. Azərbaycan Türkiyənin olmadığı yerdə onun maraqlarını qoruyub, Türkiyə də Azərbaycanın. Biz hər zaman bir-birimizin hüquqlarını qoruyacağıq. Çünki biz bir millət, iki dövlətik”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!