Türk nazirlər ATƏT-in bəyanatını müzakirə etmədilər - Ramiz Həsənov aydınlıq gətirdi

2020-02-06 15:23:54 / 1317 dəfə oxunub

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında ATƏT-in xalqların sülhə hazırlanması ilə bağlı verdiyi bəyanat müzakirə olunmadı”.

Bu fikirləriModern.az-a açıqlamasındaXarici İşlər nazirinin müavini Ramiz Həsənovdeyib.

Nazir müavini qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər nazirləri bu məsələdə Azərbaycanın yanındadırlar:

"Bu məsələdə həm Elmar Məmmədyarov, həm də həmkarları həmişə bizim tərəfimizdə olub. Hər zaman Azərbaycanın mövqeyini dəstəklədiklərini bəyan ediblər”.

Qeyd edək ki, bu yaxınlarda ATƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqların sülhə hazırlanmasına dair bəyanat yayıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!