Mehriban Əliyeva vətəndaşın problemini həll etdi - VİDEO

2020-02-06 17:50:42 / 1389 dəfə oxunub

Göyçay sakini Seymur Azadovun mülkiyyət hüququ ilə bağlı problemi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında nəzarətə götürülərək, müvafiq qaydada həll edilib.

Qafqazinfoxəbər verir ki, Seymur Azadov Göyçayın Cəyirli kəndində inşa etdiyi avtomobil təmiri emalatxanasının yerləşdiyi ərazi üzərində mülkiyyət hüququ üzrə mübahisəli məqamlar yarandığından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, müraciət Fondun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən araşdırılıb, məsələnin həlli ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq nəticəsində qısa müddət ərzində vətəndaşın avtomobil təmiri emalatxanası üzərində hüquqları təmin olunub, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilib.

Seymur Azadov müraciətinə həssaslıqla yanaşıldığına və məsələnin operativ həllinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!