İqbal Məmmədov Lerikin Lüləkəran kəndində seçicilərlə görüşüb - FOTO

2020-02-07 09:46:44 / 1494 dəfə oxunub

Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Seçki dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun təbliğat-təşviqat kampaniyası yüksək ruhla davam edir.

Sabahinfo.az xəbər verir ki, YAP-ın namizədibu gün rayonun Lüləkəran kəndinzibati ərazi vahidinin seçiciləri ilə görüş keçirib.

Görüşdə çıxış edən YAP Lerik rayon təşkilatının sədri müaviniMübariz AğayevPrezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonda aparılan quruculuq, abadlıq işlərindən, YAP-nın 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədiİqbal Məmmədovun həyat və fəaliyyəti barədə geniş məlumat verib.



Qeyd olunub ki, əvvəlki seçkilərdə olduğu kimi YAP bu seçkilərdə də irəli sürdüyü namizədlərin qələbəsini təmin etmək əzmindədir:

"Əminik ki, 9 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər".



Daha sonra deputatlığa namizədİqbal Məmmədovçıxışında Prezident İlham Əliyevin sədri olduğu YAP-ın namizədi olmağı ilə qürur hissi duyduğunu və eyni zamanda böyük məsuliyyət daşıdığını bildirib:

"Parlament seçkiləri ilə əlaqədar aparılan təbliğat kompaniyamız yüksək ruhla davam etməkdədir. Bu gün Lüləkəran ərazisində yaşayan seçicilərimizlə görüşlərimiz çox səmimi və hiss olunan dərəcədə fəallıq şəraitində keçdi. Əhalinin dövlət başçımız cənab İlham Əliyevə, ümumilikdə Yeni Azərbaycan Partiyasına olan dərin sevgisinin və məhəbbətinin şahidi oldum. Bu səmimi münasibətdən qürur hissi keçirtdim. Bir daha hər bir seçicimə minnətdarlığımı bildirir, ölkəmizin inkişafı və tərəqqisi naminə aparılan bütün işlərdə fəal olmağı arzulayıram".



Çıxış edən seçicilər, kənd ağsaqqalları və ziyalıları birmənalı olaraq cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyənir, "Daha güclü Azərbaycan naminə!” çağırışı ilə qatıldığımız seçki kampaniyasında Yeni Azərbaycan Partiyasının namizədi, İqbal Məmmədovu dəstəkləyəcəklərini və bundan sonra da bütün işlərdə dövlətimizin və dövlət başçımızın yanında olacaqlarını bildiriblər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!