Rüfət Quliyev seçicilərlə daha bir izdihamlı görüş keçirdi

2020-02-07 14:48:32 / 1372 dəfə oxunub
Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat- təşviqat kampaniyası çərçivəsində73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Rüfət Quliyevin seçicilərlə görüşü baş tutub. 

Görüş Lənkəran Mədəniyyət Mərkəzində olub. Məlumat üçün bildirək ki, görüşə 700-dən çox seçici qatılıb. Seçicilərlə görüş zamanı Rüfət Quliyev qarşıdakı illər ərzində görülən və görüləcək işlər barəsində məlumat verib.

Seçicilər, həmçinin deputatlığa namizəd Quliyevin onların etimadını doğruldacağına inam ifadə ediblər və 9 fevralda ona səs verəcəklərini diqqətə çatdırıblar.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!