Ülvi Quliyevin seçki qərargahı təbliğat-təşviqat kampaniyası ilə bağlı məlumat yayıb - VİDEO

2020-02-07 15:36:39 / 1197 dəfə oxunub

Bu gün deputatlığa namizədlər üçün ayrılan təbliğat-təşviqat kampaniyası başa çatır.

15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyevin seçki qərargahı təbliğat-təşviqat kampaniyası dövründə görülən işlərlə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, kampaniya müddətində Ülvi Quliyevin komandası bütövlükdə rayon ictimaiyyəti ilə mütəmadi olaraq görüşlər keçirib, onların bütün təklifləri dinlənilərək qeydə alınıb.

15 saylı Yasamal birinci seçki dairəsində ümumi seçiciləri sayının 44620 nəfər olduğu qeyd edilərək, geniş tərkibli görüşlərdə planlaşdırılan layihələr, proqramlar dairənin ərazisində olan sakinlərlə bölüşülüb. Seçicilərlə sosial şəbəkələrdə də ünsiyyət qurulub, bu müstəvidə də böyük işlər görülüb.

Təbliğat-təşviqat kampaniyası zamanı dairədə bütün deputatlığa namizədlər üçün bərabər şərait yaradılıb. Ülvi Quliyevin komandası öz fəaliyyətini qanunvericiliyə uyğun şəklildə həyata keçirib.

Seçki Qərargahı seçiciləri seçki günü fəal olmağa, seçkilərdə iştirak etməyə və layiq bildikləri namizədə səs verməyə çağırıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!