Təbliğat lövhələri yığışdırılsın: MSK-dan göstəriş

2020-02-07 17:26:10 / 1172 dəfə oxunub

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təşviqat prosesi ilə bağlı tapşırıq verib.

Sabahinfo.az-ın məlumatına görə, M.Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, namizədlərin təşviqat materiallarını fevralın 8-i saat 08:00-dan tez olmayaraq müvafiq lövhələrdən yığışdırmaq olmaz.

Qeyd edək ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədlərin seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış, yəni fevralın 8-i səhər saat 08:00-da dayandırılır.

Sabah isə "sükut günü"dür.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!