Rüstəm Xəlilov Pirsaat qəsəbəsinin sakinlərilə görüşüb - FOTO

2020-02-07 17:50:03 / 1461 dəfə oxunub

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov növbəti səyyar görüşünü Pirsaat qəsəbəsində keçirdib.

Sabahinfo.az xəbər verir ki, qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov son illərdə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına yönəlmiş kompleks tədbirlərlə bağlı ətraflı çıxış edərək bildirib ki, ölkəmizdə hal-hazırda həlli vacib sayılan məsələlər sırasında regionların sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramlarının reallaşdırılması məsələsi mühüm yer tutur. Həyata keçirilən regional inkişaf tədbirlərinin nəticəsi olaraq Hacıqabul rayonun da inkişaf edərək günü-gündən müasirləşdiyini bildirib.



Qəsəbə sakinləri ərazidə olan bir çox sosial problemlərin həlli istiqamətində işlərin görüldüyünü və bu istiqamətdə işlərin davam etdirildiyini qeyd etmişlər. Sakinlər qəsəbədə müasir tələblərə cavab verən yeni məktəb binasının tikildiyini, elektrik təsərrüfatının yenidən qurularaq müasir SMART-kart tipli sayğacların quraşdırıldığını, təsərrüfatların fasiləsiz mavi yanacaqla təmin edilməsini və magistral yoldan qəsəbə mərkəzinə gedən yolun əsaslı təmir olunmasını qeyd etmişlər və görülmüş işlərə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.


Qəbulda sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov tərəfindən ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!