Mikayıl Cabbarov koronavirusun Azərbaycan iqtisadiyyatına təsirindən danışdı

2020-02-10 18:39:50 / 1148 dəfə oxunub

"Çində yayılan koronavirusun Azərbaycan iqtisadiyyatı üçün hər hansı bir narahatlıq yaratması üçün əsas yoxdur”.

"Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə açılqmasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 2020-ci il üçün iqtisadi və büdcə proqnozları kifayət qədər mühafizəkar tərtib olunub:

"Hər hansı bir proqnoz bildirmək çox tezdir. Bir çox ölkələrin, ilk növbədə Asiya ölkələrinin iqtisadiyyatına müəyyən mənfi təsirlər görünür. Hesab edirəm ki, tələskənliyə yol verməməliyik. Dövlətin aidiyyəti qurumları ilə birgə vəziyyəti izləyib təhlil etməliyik. Bütün ssenarilər işlənilib”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!