Mikayıl Cabbarov, Rövnəq Abdullayev və Cavid Qurbanov Gürcüstana getdi

2020-02-10 14:35:04 / 1305 dəfə oxunub

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri başlayıb.

"Report” xəbər verir ki, heyətə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov daxildir.

M.Cabbarov Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirlik əməkdaşları ilə birlikdə Tbilisidə Heydər Əliyev adına parkda Ümummilli Liderin büstünü ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Azərbaycanlı nazir Gürcüstanın Baş naziri Giorgi Qaxaria, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava ilə görüşəcək.

Görüşlərdə Azərbaycan və Gürcüstan arasında ticari-iqtisadi əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunacaq. Nazirin qonşu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri və azərbaycanlı iş adamları ilə görüşü də planlaşdırılıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!