FHN qanunsuz transformator tikintisinə görə İcra Hakimiyyəti və tikinti şirkətinə xəbərdarlıq etdi

2020-02-10 14:06:00 / 1166 dəfə oxunub

Bakıda çoxmərtəbəli yaşayış binasının qarşısında transformator tikilir.

Bu barədə "Rerport”a həmin binada yaşayan sakinlər bildiriblər.

Paytaxtın Xətai rayon, Natiq Əliyev küçəsi, 3 e ünvanında yaşayan sakinlərin sözlərinə görə, "Baku Luks” şirkəti çoxmərtəbəli yaşayış binasının qarşısında elektrik yarımstansiyasının tikintisinə başlayıb:

"Yaşadığımız binanın qarşısında şirkət başqa bir bina tikir. Həmin bina üçün də elektrik yarımstansiyası bizim binanın qarşı tərəfində tikilir. Bu, normativ qaydalara görə, 10-15 metr aralıda olmalıdır. Binanın layihəsində bunun üçün 12 metr məsafə göstərildiyi halda, şirkət yarımstansiyanı binadan 5 metr aralıda tikməyə başlayıb. Bu transformatorda partlayışın olma ehtimalı var. Nəticədə binada yanğın ola bilər. Həmçinin, elektrik yarımstansiyasında təbii şüalanma baş verir. Bu da bina sakinlərinin, həyətdə oynayan uşaqların sağlamlığı üçün təhlükəlidir”.

Sakinlər dövlət qurumlarından, şirkət rəhbərliyindən elektrik yarımstansiyasının yerinin dəyişdirilməsini xahiş edirlər:

"İstəyirik ki, elektrik yarımstansiyası normativlərə uyğuntikilsin. Bu, bizim üçün çox təhlükəlidir”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva "Report”a bildirib ki, nazirlik tərəfindən Xətai rayonu, N.Əliyev küçəsi, 10 ünvanında yerləşən "Baku Luks” MMC-yə məxsus yaşayış binasının ərazisində elektrik yarımstansiyasının inşası ilə bağlı araşdırma aparılıb.

O deyib ki, FHN-ə şirkət tərəfindən heç bir icra hakimiyyəti orqanı ilə razılaşdırma sənədi təqdim olunmayıb:

"Bununla bağlı Xətai Rayon İcra Hakimiyyətinə bildiriş göndərilib, şirkətin rəhbərliyinə isə xəbərdarlıq edilib. Nazirlik tərəfindən qurumlarınhər birinə məktubgöndərilib. Bildirilib ki, elektrik yarımstansiyasının tikintisi ilə bağlı razılaşdırma sənədləri yoxdur. Əgər bununla bağlı tədbir görülməsə, müvafiq addımlar atılacaq”.

Qeyd edək ki, tikinti aparan şirkətin rəhbəri Fəqan Təhməzovdur.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!