82 yaşlı deputat yeni çağırış Milli Məclisin ilk iclasını aparacaq

2020-02-10 11:53:55 / 1215 dəfə oxunub

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası ilkin nəticələri açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, 116 saylı Qəbələ seçki dairəsindən Fəttah Heydərov deputat seçilib.

O, deputat seçilənlər arasında ən yaşlısıdır. F.Heydərov 1938-ci ildə anadan olub(bu ilin fevralın 23-də onun 82yaşı olacaq).

F.Heydərov 1995-ci ildən deputatdır.

F.Heydərov yeni çağırış Milli Məclisin ilk iclasını aparacaq.

Yeniçağırış Milli Məclisin ilk iclasının keçirilmə qaydası parlamentin Daxili Nizamnaməsi ilə tənzimlənir.

Nizamnamənin 2-ci maddəsində yazılıb ki, qanunverici orqanın növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır.

Ən qocaman deputat Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və parlamentin sədri seçilənədək birinci iclası aparır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!