ATƏT müşahidəçisi: “Ermənistanın işğalı seçkilərin keçirilməsinə mənfi təsir göstərir”

2020-02-10 17:23:11 / 1223 dəfə oxunub

"Seçki administrasiyası resurslarla yaxşı təmin edilmişdi və qanunla müəyyən edilmiş müddətlərə riayət edirdi.Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) isə şəffaf fəaliyyət göstərmək üçün səy göstərdi və beynəlxalq müşahidəçilərin iştirakını alqışladı”.

Reportxəbər verir ki, bunu ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi koordinatoru Artur Gerasimov beynəlxalq müşahidəçilərin - ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri üzrə müşahidələrinin nəticələrini əks etdirən ilkin hesabatını təqdim edərkən deyib.

ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi əlaqələndiricisi seçkiləri müşahidə etmək üçün dəvətinə görəAzərbaycan hökumətinə təşəkkürünü bildirib.

"Azərbaycan 25 ildən çoxdur ki, ərazilərinin 20 faizindən çoxunun işğal edilməsindən əziyyət çəkir. Buna görə də Azərbaycanın bəzi bölgələrində səsvermə prosesini təşkil etmək mümkün olmadı”, - deyə A.Gerasimov bildirib.

Missiyanın xüsusi koordinatoru deyib ki, Ermənistanla münaqişənin bu ölkədə seçkilərin təşkilinə təsirini yaxşı bilirvə məcburi köçkünlərin seçkilərdə iştirakını təmin etmək üçün göstərilən səyləri yüksək qiymətləndirir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!