Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirildi

2020-02-11 17:51:38 / 2513 dəfə oxunub

Səhiyyə Nazirliyi və BMT-nin İnkişaf Proqramı Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsi istiqamətində əməkdaşlığını davam etdirir.

BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisindən verilən məlumata görə, sonuncu çatdırılmada Hepatit C müalicəsi üçün iki növ, İİV (İnsanda İmmunçatışmazlığı Virusu) üçün 18 növ və vərəm pasiyentləri üçün 19 növ Səhiyyə Nazirliyinə təhvil verilib.

Dərman vasitələrinin satınalma və çatdırılma prosesini, "Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” layihəsi çərçivəsində BMT-nin İnkişaf Proqramı həyata keçirilir.

Layihənin məqsədi həyatı xilas edən bu dərmanların qənaətli, şəffaf və vaxtında alınması prosesini dəstəkləməklə Azərbaycan əhalisinə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməkdir.

Bu layihə hökumətin İİV/QİÇS (İnsanda İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu), Hepatit C və vərəmə qarşı dərman vasitələrini maliyyələşdirməsinin təşviq məqsədilə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi nəticəsində ərsəyə gəlib.

Bildirilib ki, hökumətlə bu uğurlu əməkdaşlığı nəzərə alaraq, adıçəkilən dərman vasitələrinin BMT İP tərəfindən satın alınması və ölkəyə gətirilməsi işi davam etdirilir.

Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!