Mikayıl Cabbarov: “Ölkənin strateji valyuta ehtiyatları 52 milyard dollara çatıb”

2020-02-11 17:36:37 / 1144 dəfə oxunub

2019-cu il iqtisadi artım dinamikası2,2%, qeyri-neft sektorunda artım dinamikası isə3,5%-ə çatıb.

Oxu.Azxəbər verir ki, bunu "Vergi islahatları: Birlikdə kölgədən işığa doğru” mövzusunda bu gün keçirilən konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, ölkənin strateji valyuta ehtiyatları 52 mlrd. ABŞ dollarına çatıb ki, bu da ÜDM-inhəcminin 90%-dən çox deməkdir.

M.Cabbarov onu da qeyd edib ki, qeyri-neft ixracında da artım dinamikası müşahidə olunur:

"Qeyri neft sektoru 14% artaraq 2 mlrd. dollara çatıb. İnflyasiya 2,6% olub, əhalinin pul gəlirləri isə inflyasiyanı 2,8 dəfə üstələyib”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!