Parlament seçkilərinə onlar “nöqtə” qoyacaq - ADLAR

2020-02-11 16:22:01 / 387 dəfə oxunub

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası(MSK) səsvermə günündən ən geci 20 gün keçənədək Dairə Seçki Komissiyalarının protokollarını yoxlamalıdır.

Oxu.Az-ın xəbərinə görə, MSK bundan sonra həmin sənədləri 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi doqquzhakimdən ibarətdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdir. Sona Salmanova isə Konstitusiya Məhkəməsinin sədr müavinidir.

Digər hakimlər isə aşağıdakılardır: Südabə Həsənova, Mahir Muradov, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov, Kamran Şəfiyev.

Qeyd edək ki, qanunvericiliyə görə, yoxlama prosesi vaxt tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə müvafiq sənədlərə baxılma müddətini artıra bilər.

Dairə Seçki Komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!