Seçicilərin ən çox və ən az səsini toplayan namizədlər - TOP-10

2020-02-11 12:02:07 / 1337 dəfə oxunub

Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirildi.

Oxu.Az Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, seçicilərin ən az və ən çox səsini yığan namizədlərin TOP-10-luğunu hazırlayıb.

1 saylı Şərur-Sədərək Seçki Dairəsindən deputat seçilən Vasif Talıbov seçicilərinin ən çox səsini yığan namizədlər siyahısına liderlik edir. O, seçicilərinin 94.6 faizinin səsini toplayıb.

Ondan sonra isə 2 saylı Şərur Seçki Dairəsindən deputat seçilən İsa Həbibbəyli gəlir. İ.Həbibbəyli həmin dairə üzrə səs verənlərin 86.3 faizinin səsini yığıb.

Siyahıda 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Eldar İbrahimov "bürünc mükafat”ı alanlardandır. O, həmin dairədə səs verən şəxslərin 84.9 faizinin səsini toplayıb.

3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsindən parlamentə deputat seçilən Səttar Möhbalıyev müvafiq dairə üzrə səs verənlərin 83.2 faizinin etimadını qazanıb.

Siyahıda beşinci yer 5 saylı Şahbuz-Babək Seçki Dairəsində qeydə alınan namizəd Siyavuş Novruzova məxsusdur (81.1 faiz).

107 saylı Qazax Seçki Dairəsi üzrə səs verən seçicilərin 76.1 faizi Səməd Seyidova "hə” deyiblər.

Sonrakı yer isə 116 saylı Qəbələ Seçki Dairəsindən parlamentə keçən Fəttah Heydərova məxsusdur (75.5 faiz səslə).

123 saylı Kəlbəcər Seçki Dairəsindən qeydə alınmış deputatlığa namizəd Aqil Məmmədov seçicilərin 71.7 faizinin səsini yığıb.

84 saylı Füzuli Seçki Dairəsindən deputat mandatı qazanan Vüqar Bayramov isə bu siyahıda 9-cu yerdədir (71 faiz).

105 saylı Tovuz Seçki Dairəsinin favoriti Qənirə Paşayevaseçicilərin 70.8 faiz səsini toplayaraq 10-cu yerdə qərarlaşıb.

İndi isə seçki dairələri üzrə seçicilərin ən az səsini toplayan namizədlərin adlarını təqdim edək.

Bu kateqoriyada "liderlik” 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Razi Nurullayevə məxsusdur (20.9 faiz səslə).

61 saylı Neftçala Seçki Dairəsinin namizədi Sabir Rüstəmxanlı isə bu kateqoriyada "gümüş mükafat” qazanan şəxsdir – 21.4 faiz səslə.

"Bürünc mükafat”ı 47 saylı Mingəçevir Seçki Dairəsindən deputat seçilən Aydın Mirzəzadə qazanıb. O, həmin dairədə səs verən seçicilərin 30.1 faizinin səsini qazanıb.

41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizəd Hicran Hüseynova bu dairə üzrə seçicilərin 32.6 faizinin səsini qazanıb.

34 saylı Xətai İkinci Seçki Dairəsindən deputat statusu qazanan Mixail Zabelin seçilərin 35.1 faizinin səsini yığıb.

Sonrakı yerlər isə belədir:16 saylı Yasamal İkinci Seçki Dairəsindən Erkin Qədirli (35.6 faiz), 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən Rasim Musabəyov (38.8 faiz), 40 saylı Kəpəz Birinci (Gəncə) Seçki Dairəsindən Musa Quliyev (40 faiz).

95 saylı Tərtər Seçki Dairəsinin namizədi Sahib Alıyev isə seçicilərin 40.3 faizinin səsini yığıb. 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin lider namizədi İmamverdi İsmayılov da eyni faizlə deputat mandatı qazanıb.

Qeyd edək ki, fevralın 9-da parlamentə 125 seçki dairəsi üzrə 5 min 573 məntəqədə seçki keçirilib.

Ölkə üzrə seçkidə ümumilikdə 2 milyon 547 min 982 seçici iştirak edib. Bu isə ümumi seçicilərin 47.81 faizini təşkil edir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!