Cəfər Cabbarlının heykəli niyə hasara alınıb? - AÇIQLAMA

2020-02-12 13:19:11 / 288 dəfə oxunub

Bakı metrosunun"28 May” stansiyasının çıxışı - Cəfər Cabbarlının heykəlinin ətrafı hasara alınıb. Ərazidə təmir işlərin aparılır.

Məsələ ilə bağlı ətraflı məlumat almaq üçünOxu.Az"Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar MəmmədovOxu.Az-ın sorğusuna cavab olaraq ərazidə görülən işlərin metropoliten əməkdaşları tərəfindən aparıldığını təsdiqləyib.

Onun sözlərinə görə, ərazinin hasara alınmasında məqsəd tunellərdə havalandırma məsələsinin daha da yaxşılaşdırılmasıdır:

"Ərazidə işlərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq icazə alınıb. İcazə əsasında metropoliten əməkdaşları tərəfindən "28 May” metrostansiyasının çıxışında yerləşən Cəfər Cabbarlı heykəlinin ətrafı hasarlanıb.

Görülən işlərin birinci səbəbi tunellərdə havalandırmanın keyfiyyətini daha da artırmaq, ikinci bir səbəb isə tunellərin konstruksiyasını ətraf mühitin təsirindən daha da yaxşı qorumaqdır. İşlər yekunlaşdıqdan sonra ərazinin estetik görünüşünə görə orada köşk qoyulacaq”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!