Azad Rəhimov: “Bizdə böyük yarışları keçirmək təcrübəsi formalaşıb”

2020-02-12 11:10:58 / 1458 dəfə oxunub

"Hər il üçmilyon insan idman yarışları ilə bağlı Azərbaycana gəlir. Təbii ki, bunda "Formula 1” yarışının çox böyük rolu var”.

Oxu.Azxəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib.

"Biz get-gedə Bakıda olan yarışlarda yerli mütəxəssislərin əməyindən yararlanırıq. Məsələn, ötən il keçirilmiş Avropa Gənclər Olimpiya Festivalındaazərbaycanlı mütəxəssislər iştirak edib.

Minskdəki II Avropa Oyunlarında və Aşqabadda keçirilmiş Asiya Oyunlarında azərbaycanlı mütəxəssislər də öz köməklərini göstərib. Azərbaycan "Avroviziya” mahnı müsabiqəsinin qalibi olduqdan sonra bizdə tədricən böyük yarışları keçirmək təcrübəsi formalaşıb.

Məsələn, I Avropa Oyunlarında 17 min könüllünün xidmətindən yararlanmışıq. Bizim bu yarışlardan əsas qazancımız könüllülər ordusu və qazandığımız təcrübədir. Bu il Bakıda iki böyük turnir keçiriləcək. Bunlar "Formula 1” üzrə yarış və futbol üzrə Avropa çempionatıdır.

Bundan başqa, Bakıda gimnastika üzrə bir neçə yarış, karate üzrə Tokio Olimpiadasına lisenziya verən Avropa çempionatı və cüdo üzrə ənənəvi "Böyük Dəbilqə” turniri də Bakıda keçiriləcək”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!