Çingiz Qənizadənin dairəsinin nəticələri ləğv edildi

2020-02-13 17:36:44 / 1236 dəfə oxunub

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, 80 sayı İmişli-Beyləqan Seçki Dairəsinin seçki məntəqələrində pozuntu faktlarına dair müraciətlər daxil olub.

O qeyd edib ki, ekspert qrupu müraciəti araşdırıb və 49 seçki məntəqəsindən 29-da pozuntuların olmasına dair qərara gəlib.

"Qərar layihəsində bildirilib ki, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilsin”, - deyə A.Muxtarova məlumat verib.

İclasda müvafiq seçki dairəsində seçkilərin nəticələri ləğv edilib.

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, Çingiz Qənizadə həmin dairədə lider namizəd idi.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!