MSK: Pozuntuların 90 faizi ilə bağlı məlumatlar sosial şəbəkələrdə yayılıb

2020-02-13 18:53:14 / 2685 dəfə oxunub

Səsvermə günü baş verən pozuntuların 90 faizi ilə bağlı məlumatlar sosial şəbəkələrdə yayılan görüntülərdədir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov vurğulayıb ki, qanun pozuntularını çəkən adam onu çəkdiyi anda sosial şəbəkələrə yerləşdirir: "Bu çox gözəl ənənədir. Məhz bu məqsədlə məntəqələrdə baş verən qanun pozuntularına münasibət bildirən bloqerlərə minnətdarıq”.

M.Pənahov əlavə edib ki, seçki məntəqələrində müşahidəçinin ancaq seçkini müşahidə etmək və qanun pozuntusu varsa, bunu qeyd edib məntəqə seçki komissiyasının sədrinə təqdim etmək hüququ var. Onun sözlərinə görə, müşahidəçinin vəzifəsi orada seçkini müşahidə etməkdir: "Məntəqədə komissiyaya göstəriş vermək müşahidəçinin hüququ deyil. Məntəqələrin çoxunda müşahidəçilər qanun pozuntularına yol verib. Bu pozuntular hətta cinayət tərkibi ola biləcək pozuntulardır”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!