FHN işçilərinin Həmkarlar İttifaqı “Yeni koronovirus xəstəliyi” mövzusunda tədbir keçirib

2020-02-12 18:00:24 / 272 dəfə oxunub

12 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı FHN-nin Bakı Regional Mərkəzinin akt zalında FHN-nin aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə proflaktik maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin sərəncamı ilə təsdiq olunmuş "AzərbaycanRespublikasında yeni koronovirus (2019-nCOV) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” diqqətə çatdırılıb.

Maarifləndirmə tədbirində çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları, xüsusən əhali arasında bu xəstəliyin proflaktikası məqsədilə sanitariya-maarifləndirmə işinin həyata keçirilməsində həmkarlar ittifaqının rolu və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Mehman İsmayılov hökumət tərəfindən təsdiq olunmuş "Fəaliyyət Planı”ndan irəli gələrək Fövqəladə Hallar Nazirliyinin qarşısında qoyulmuş vəzifələri diqqətə çatdırıb.

İttifaqın sədri tərəfindən FHN-nin aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinə tövsiyə olunub ki, hər bir həmkarlar komitəsi bu xəstəliklə bağlı proflaktik maarifləndirmə tədbirləri təşkil edərək ittifaqa üzv olan əməkdaşları vəzifə səlahiyyətləri çərçiivəsində yeni koronovirus xəstəliyi barədə məlumatlandırsınlar.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!