FHN-in Gəncə Regional Mərkəzində çoxnövçülük üzrə yarış keçirilib

2020-02-11 17:20:29 / 1109 dəfə oxunub

10-11 fevral 2020-ci il tarixində FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları arasında çoxnövçülük üzrə yarış keçirilib. Yarışda FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları 5 növdə - hündürlüyə və uzununa tullanma, yadro itələmə, 100 və 1000 metrə qaçış üzrə mübarizə aparıblar.

Yarışlar Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbinin bazasında keçirilib. 4 nəfərdən ibarət komandalar yarışın ilk günü uzunluğa tullanma və 100 metrə qaçışda, ikinci günü hündürlüyə tullanma, yadro itələmə və 1000 metrə qaçışda güclərini sınayıblar.

Yarışda Mərkəzin Xüsusi Xilasetmə Hissəsinin "İkinci növbə” komandası birinci yerə layiq görülüb. Qaliblər fəxri fərman və hədiyyələrlə təltif edilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!