FHN-in idmançıları yarışlarda mükafatlar qazanıblar

2020-02-04 14:07:38 / 1017 dəfə oxunub

28-31 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin idman arenasında kiçikyaşlı yeniyetmələr arasında cudo üzrə Bakı birinciliyi keçirilib. Birincilik Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçiirlib.

Yarışda 62 komandadan 1250-dan çox idmançı mübarizə aparıb. FHN-in İdman-sağlamlıq mərkəzinin cüdo komandası Mərkəzin məşqçimüəllimi Arzu Axundovun rəhbərliyi altında yüksək nəticə göstərib. Akşin Məhərrəmov +73 kq çəki dərəcəsində və Rəsul Orucov -38 kq çəki dərəcəsində yarışın bürünc medalına layiq görülüblər. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları təqdim olunub.

30-31 yanvar 2020-ci il tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilən, 10 ölkədən 1450-dən çox idmançının iştirak etdiyi Karate Do Şotokan idman növü üzrə beynəlxalq turnirdə iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi Gülnarə Əliyeva -55 və +55 kq çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!