Rayon İcra Hakimiyyətinin başçısı Şərifzadə küşəsinin sakinlərilə görüşüb

2020-01-23 19:30:40 / 894 dəfə oxunub

Yanvarın 23-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, 21 saylı orta məktəbin akt zalında olub. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Respublikası Prezidentinin 2019-cu ildə həyata keçirdiyi islahatlar haqqında vətəndaşlara geniş məlumat verib. Ötən il həyata keçirilən sosial islahatlardan bəhs edən icra başçısı xüsusilə əmək haqlarının atrtırlmasından və az təminatlı təbəqənin yaşayış şəraitinin yaxşılaşdırlmasından danışıb. 2020-ci ildə bu islahatların davam etdiriləcəyini bildirib. Ötən il minimum əməkhaqqının 250 manata çatdırıldığını bildirən icra başçısı bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırıldığını sakinlərin diqqətinə çatdırıb. Cənab prezidentin həyata keçiridiyi struktur islahatları haqqında da məlumat verən E.Həsənov bu islahatların ölkəmizdə müasir və yeni idarəetmə mexanizminin qurulmasına sürətləndirəcəyini bəyan edib.

Rayon İcra Hakimiyyətinin başçısı Cənab Prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq xüsusilə "sovetski” deyilən ərazidə 2018 və 2019-cu ildə aparılan söküntü işlərinə görə vətəndaşlara əlavə yardımların verilməsi prosesinin davam etdiyini bildirib. Daha sonra vətəndaşların narahat edən problemləri dinləyib.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə başçısına və birinci xanıma öz minnətdarlıqlarını bildiriblər.

Görüşdə vətəndaşları narahat edən əsas məsələlər, işıqlandırma, mənzil məsələləri, və qəzalı binaların təmiri ilə bağlı olub. Sonda sakinləri narahat edən komunal problemlərlə bağlı xidmət və struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!