Məzahir Pənahov: “Guya mən polisi vaxtından qabaq tərifləmişəm”

2020-02-17 17:33:48 / 1141 dəfə oxunub

"Belə fikirlər var ki, guya mən polisi vaxtından qabaq tərifləmişəm”.

Oxu.Az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O əlavə edib ki, polisin qanuni hərəkəti heç kimi narahat etməməlidir:

"Görüntülərə baxın. Polis səs-küy olan məntəqələrə gəlib, orada söhbət aparır. Tək bir faktı mənə göstərdilər ki, orada polis hücuma məruz qalır”.

M.Pənahov MSK üzvlərinə də çağırış edib:

"Sizlər vətəndaşlıq mövqeyi nümayiş etdirməli və mənim dediyimin kontekstdən çıxarılmasına etiraz etməli idiniz”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!