Sabiq nazir: “Yaranan borclar mənim dövrümə aid deyil”

2020-02-18 18:02:18 / 1053 dəfə oxunub

"Aqrolizinq” ASC-də aparılan yoxlamaların materialları borcların 2006-cı ildən bu günə qədər yarandığını göstərir. Ancaq söhbət korrupsiya və mənimsəmə barədə deyil, fermerlərin və şirkətlərin ASC-dən aldıqları borcların qaytarılması ilə bağlıdır”.

Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbəri Heydər Əsədov "Aqrolizinq"də aparılan yoxlamaların nəticələrini şərh edərkən deyib.

"Bu borcların yaranmasına gəlincə, çalışdığım dövrdə texnoloji avadanlıqlar ümumiyyətlə alınmayıb. Texnoloji avadanlıqlar üzrə bütün borclar əvvəlki vaxtda verilib. Bəli, nazirliyə rəhbərlik etdiyim müddətdə heyvanların alınması ilə əlaqədar müəyyən borclar yaranmışdı. Onların geri qayıtması normal bir prosedurdur. Vaxtı keçmiş borcların qaytarılmasını sürətləndirməyə gəlincə, mən özüm bu məsələ ilə bağlı iki dəfə prokurorluğa müraciət etdim. Bütün müvafiq sənədlər var və Maliyyə Nazirliyi bunu təsdiqləyəcək. Müraciətlərimdə bu kimi borcluların ödənişləri gecikdirdiyini qeyd etdim”, - eks-nazir əlavə edib.

Heydər Əsədov bir daha vurğulayıb ki, söhbət korrupsiya və mənimsəmədən getmir.

"Söhbət fermerlərin aldıqları borcları qaytarmaqdan gedir. Texnoloji avadanlıqların alınmasından yaranan borclara gəldikdə isə, bir daha təkrar edirəm ki, bunlar mənim dövrümə aid deyil”, - H. Əsədov qeyd edib. virtualaz.org

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!