Daha bir dairənin beş məntəqəsinin nəticələri “sıfırlandı” - YENİLƏNİB

2020-02-19 16:48:24 / 1093 dəfə oxunub

30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə 1 saylı məntəqənin də nəticələri ləğv edilib.

Oxu.Az-ın xəbərinə görə, Samirə Rəfullayevanın müraciətindən sonra MSK sədri Məzahir Pənahov da həmin məntəqənin nəticələrinin etibarsız sayılmasını tələb edib. Daha sonra videogörüntülərə baxılıb.

Qərara alınıb ki, müvafiq dairədə 1 saylı məntəqənin də nəticələri etibarsız sayılsın.

16:23

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O qeyd edib ki, həmin dairədən deputatlığa namizəd Samirə Rəfullayeva müraciətində məntəqələrdə pozuntuların olduğunu bildirib.

S.Rəfullayeva dairə üzrə nəticələrin etibarsız sayılmasını tələb edib.

MSK-nın iclasında qərara alınıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 12, 14, 16 və 18-ci məntəqələrində nəticələr etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairənin lider namizədi Sevinc Fətəliyevadır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!