Sumqayıt İcra Hakimiyyətindən milyonluq borc qalmaqalı ilə bağlı rəsmi açıqlama

2020-02-19 14:12:36 / 1140 dəfə oxunub

Sumqayıt bulvarının tikintisi zamanı sahibkarların və fəhlələrin pullarını ala bilməmələri ilə bağlı yayılmış məlumatlar əsassızdır.

Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən özəl olaraqOxu.Az-a bir qrup sahibkar və 400 nəfərdən çox fəhlənin şəhərin icra başçısı Zakir Fərəcovu məhkəməyə vermələri ilə bağlı yayılan məlumatlara münasibət bildirilərkən deyilib.

Məlumatda qeyd olunubki, şəhərdə həyata keçirilən bütün layihələrdə, eləcə də bulvarıntikintisində iştirak etmiş iş icraçılarının və digər şəxslərin pulları Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən tam şəkildə ödənilib.

Eyni zamandabildirilib ki, bəzi şəxslərlə iş icraçısı arasında yaranmış mübahisəyə məhkəmə qaydasında baxılıb, müvafiq qərar qəbul olunub və təqsirli şəxs cəzalandırılıb.

Xatırladaq ki, bir müddət əvvəl kütləvi informasiya vasitələrində Sumqayıtın giriş hissəsini, şəhər bulvarının tikintisini həyata keçirmiş şirkətlərin təmsilçiləri və 400-dən çox fəhlənin indiyə qədər pullarını ala bilmədiklərinə dair iddiaların yer aldığı məlumatlaryayılıb.

İddialara görə,2016-cı ildə başa çatmış işlərlə əlaqədar 12 milyon manat pul ayrılsa da, şəhərinicra başçısı Zakir Fərəcov həmin vəsaitin yalnız dörd milyon manatınıödəyib. Yerdə qalan səkkiz milyon manata yaxın pulu isə ödəməkdən imtina edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!