MSK sədri Qubad İbadoğlunun qızının döyülməsi ilə bağlı yayılan videodan danışdı

2020-02-20 20:02:51 / 1034 dəfə oxunub

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov 76 saylı Lənkəran-Astara seçki dairəsində seçki günü müşahidəçinin döyülməsi ilə bağlı yayılan videodan danışıb.

Oxu.Az-ın xəbərinə görə, M. Pənahov müşahidəçi Jalə Bayramovanın döyülməsini əks etdirən videonu izlədiyini bildirib:

"Videoda digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin. O isə xəbərdarlığı qulaq ardına alaraq, çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb”.

MSK sədri bildirib ki, görüntüləri sosial şəbəkələrdə yayıb, bütün dünyaya çatdırırlar ki, həmin xanımı döyüblər, şikayət ediblər:

"Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, onu kiminsə çəkməsinə icazə verməsin. Videoya çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib”.

Qeyd edək ki, Jalə Bayramova iqtisadçı ekspert Qubad İbadoğlunun qızıdır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!