İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub

2020-02-21 18:43:08 / 1032 dəfə oxunub

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 21-də Romada rəsmi yolasalma mərasimi olub.

Romanın Kuirinale Sarayında İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan Prezidenti İlham Əliyevə dövlət səfərindən çəkilmiş fotolardan ibarət albom təqdim olunub.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Birinci vitse-prezidentMehriban Əliyevanı yola salıblar.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!