İrandan gələn iki nəfər koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirildi - YENİLƏNİB

2020-02-24 19:52:53 / 2577 dəfə oxunub

"İrandan Azərbaycana gələn koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən iki nəfərin təvəllüdü məlum olub.

Səhiyyə Nazirliyinin məlumatına görə, həmin şəxslər 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və 1998-ci il təvəllüdlü İran vətəndaşıdır.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir əlaqələri olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub.

Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə,hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.

15:52

Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) daha iki nəfər gətirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, həmin şəxslər bu gün səhər saatlarında KTM-in yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Onlardan biri İranın Astara rayonunda işləyən Azərbaycan vətəndaşı, digəri isə ölkəmizə səfər edən İran vətəndaşıdır:

"Hər iki şəxs mərkəzə qəbul olunaraq müayinə edilib, onlarda koronavirus əlamətləri aşkar edilməyib. Gətirilən şəxslərdən birinin hərarəti 37,1 , digərində isə 37,3 dərəcə olub. Hər iki şəxs karantin nəzarətinə götürülüb”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!